"Fənərbaxça" Canər Ərkinin yerinə yeni futbolçu transfer edir

12:49 1 May 2016

"Fənərbaxça"dan ayrılacağı gözlənilən Canər Ərkinin yerini doldurmaq üçün klub rəhbərliyi yeni futbolçu axtarışına başlayıb.


Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Fənərbaxça"  rəhbərliyi İngiltərə Premyer Liqasında çıxış edən "Uotfort" klubunun futbolçu Xose Holebasla yaxından maraqlanır. 


C.Ərkinlə mövsüm sonunda müqaviləni uzatmayacağı gözlənilən klubun yayda "Uotford"un futbolçusunu heyətinə qatacağı gözlənilir.


Sezonun əvvəlində "Roma"dan "Uotford"a keçən futbolçunu transfer etmək üçün "Fənərbaxça" Premyer Liqa klubuna 2 milyon avro təzminat ödəməli olacaq. 


Qeyd edək ki, 31 yaşlı sol cinah yarımmüdafiəçisi cari mövsüm "Uotford" forması ilə 11 matça çıxıb və 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti