Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qadınlar arasında qalibi məlum olub.
Sportarena.az xəbər verir ki, marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb.
Marafonda kişilər arasında birinci yerə isə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.(AZƏRTAC)