"Hannover"in U-19 komandasının futbolçusu Niklas Fayerabend bu gün avtomobil qəzası nəticəsində həlak olub.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub. Klub mərhumun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Fayerbandın aprelin 28-də 19 yaşı tamam olmuşdu.