Cüneyt Çakır 44 ildən sonra ilk dəfə...

18:11 2 May 2016

FİFA Braziliyanın Rio Rio de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında futbol matçlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb.


Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qadın və kişilərin yarışında ümumilikdə 88 hakim təyinat alıb. Kişilərin yarışında ədaləti qoruyacaq 18 referi və 32 köməkçinin adları arasında türkiyəli hakim Cüneyt Çakırın da adı yer alıb.

Ona bu işdə Bahaddin Duran və Tarık Ongün köməklik edəcəklər. 


Xatırladaq ki, Olimpiya oyunlarında sonuncu dəfə 44 il öncə türk referi baş hakim kimi təyinat almışdı. Bu, 1972-ci ildə, Almaniyada keçirilən Olimpiya oyunlarında baş vermişdi. Həmin ildə Türkiyədən olan referi Doğan Babacan Olimpiya oyunlarında baş hakim kimi ədaləti qorumuşdu.


Qeyd edək ki, olimpiya oyunlarının açılış mərasimindən iki gün öncə başlanacaq futbol yarışı Braziliyanın 7 şəhərində keçiriləcək. Turnirin final görüşü isə "Marakana" stadionunda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti