Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev aprelin 21-24-də Rusiyanın Kazan şəhərində təşkil olunan Avropa çempionatında böyük uğura imza atmış cüdoçularla görüşüb.
Sportarena.az xəbər verir ki, tədbirdə çıxış edərək milli komandanın Kazandakı nailiyyətini yüksək qiymətləndirib. Federasiya prezidenti qitə çempionatında idmançılarımızın 1 qızıl, 1 gümüş medal qazanmalarını, eləcə də komanda yarışlarında tarixdə ilk dəfə olaraq bürünc medala sahib olmalarını böyük uğur kimi dəyərləndirib və cüdoçuları əldə etdikləri möhtəşəm qələbə münasibətilə təbrik edib.
Sonda federasiya rəhbərliyi tərəfindən Kazanda uğurlu çıxışları ilə hər kəsi sevindirən milli komanda üzvlərinə xatirə hədiyyələri təqdim olunub.