İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, London derbisində "Çelsi" evdə "Tottenhem"i qəbul edib. Fasiləyə 2:0 hesabı ilə üstün yollanan "Tottenhem" ikinci hissədə qapısında iki top görməklə qələbəni əldən verib - 2:2. Bu nəticədən sonra "Tottenhem"in lider "Lester Siti" ilə xal fərqi 7-yə yüksəlib. Belədə "Lester Siti" son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.