“Beşiktaş”ın almaniyalı ulduzu Mario Qomez komandadan ayrılacaq.
Sportarena.az xəbər verir ki, almaniyalı futbolçu İtaliyanın “Fiorentina” klubu ilə danışıqlar aparır.
Bu barədə forvard özü rəhbərliyə məlumat verib. O bildirib ki, yayda Florensiya təmsilçisinə geri dönəcək. Əgər “Fiorentina” futbolçunu satarsa, burdan “Beşiktaş”a 50 faiz pay düşəcək.