"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komandadan getməyəcək.
Komandanın çempionluq yarışından kənarda qalması səbəbindən azarkeşlərin etirazı ilə qarşılaşan fransalı mütəxəssis yeni mövsümdə də "Arsenal"ın baş məşqçi vəzifəsində qalacaq.
Lakin 1996-cı ildən "topçular"ı çalışdıran 66 yaşlı mütəxəssisin gələn ilin yayında komandadan ayrılacağı bildirilir. O, 2016/2017 mövsümündə transferlərə və aşağı yaş qrupu üzrə komandaların inkişafına nəzarət edəcək.
Qeyd edək ki, "Arsenal" cari mövsüm Premyer Liqada geridə qalan 36 turdan sonra 67 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.