AFFA Divizion klublarını cəzalandırdı

17:53 3 May 2016

 AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bır sıra qərarlar verilib.
 
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında I Divizion klubları da cəzalandırılıb:.
 
I Divizionun XXIV turunun “Bakılı” – “Şahdağ” matçının 11-ci dəqiqəsində “Şahdağ” klubunun 10 №-li futbolçusu Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
 
I Divizionun XXIV turunun “Energetik” – “Bakı” matçının 45-ci dəqiqəsində “Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev və“Bakı”nın 41 №-li futbolçusu Müşfiq İlyasov rəqibi təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır, klublar 200 manat cərimə olunur.
 
Oyunun 45-ci dəqiqəsində “Energetik” klubunun 1 №-li futbolçusu Zamir Cəlilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
 
Oyunun 85-ci dəqiqəsində “Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


Digər xəbərlər

Xəbər xətti