Hakimi döyməyin cəzası "kəsildi"

00:05 4 May 2016

Türkiyə Futbol Federasiyası “Trabzonspor” – “Fənərbaxça” matçında baş verən qalmaqala görə ev sahibi klubu cəzalandırıb. TFF-nin budəfəki qərarı ağır olub.
 
Belə ki, matçın sonlarına yaxın hesab 4:0 “Fənərbaxça”nın xeyrinə olarkən yerli azarkeşlərdən biri meydana daxil olmuş və matçın əlavə hakiminə hücum etmişdi. Bu hadisədən sonra baş hakim oyunu yarımçıq saxlamışdı.
 
Daha əvvəl verilən qərara görə həmin oyunda istanbullulara 4:0 hesablı texniki qalibiyyət verilmişdi.
 
Bu gün isə artıq “Trabzonspor”un da cəzası açıqlanıb. Belə ki, qaradənizlilər 4 ev oyununda azarkeş dəstəyindən məhrum olacaq. Əlavə olaraq klub 750 min lirə cərimə olunacaq.


Digər xəbərlər

Xəbər xətti