Bu gün Çempionlar Liqasında növbəti finalçının adı bəlli olacaq.
Sportarena.az xəbər verir ki, yarımfinal mərhələsinin son oyununda "Real" "Mançester Siti"ni qəbul edəcək.
İngiltərədə keçirilən ilk oyunda qolsuz bərabərlik əldə edən bu komandalar, bu gün finala yüksəlmək üçün əlindən gələni etməyə çalışacaqlar.
Qeyd edək ki, bu gün meydandan qalib ayrılan komanda finalda "Atletiko" ilə qarşılaşacaq.
4 may
Çempionlar Liqası, yarımfinalın cavab oyunu
22:45."Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) 1:0
İlk oyun - 0:0