Paketdən Messinin formasını düzəldən və bu hadisə ilə məhşurlaşan Murtaza Ahmadinin atası təhdid edildiyinə görə ölkəsindən qaçmaq məcburiyyətində qalıb.
Sportarena.az xəbər verir ki, Ahmadinin babasının sözlərinə görə təhdid edənlər arasında mafiya qruplaşmasının olduğunu da bildirib. Əsas təhdid uşağın qaçırılması olub.
Qeyd edək ki, uşağın internetdə populyar olmasının səbəbkarı elə "BBC" kanalı olub. Məhz onların sujetindən sonra Messi uşağa özünün imzalı formasını göndərmişdi.