Təbriz Həsənov: "Sabah meydana qələbə üçün çıxacağıq"

12:38 4 May 2016

"Komandamız oyuna tam heyətlə hazırlaşır. Zədəlilər komandaya qayıdıb və hazırlıq bütün gücümüzlə gedir". 


Sportarena.az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov bu gün keçirilən mətbuat konfransında deyib.


Mayın 5-də Bakıda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatında Portuqaliya ilə keçiriləcək ilk oyun haqda danışan mütəxəssis azarkeşləri stadiona gəlməyə çağırıb. O, tribunalarda olacaq dəstəyin komandaya böyük köməklik göstərəcəyini söyləyib: "Ümid edirəm ki, azarkeşlərin stadiondakı dəstəyi komandaya çox böyük köməklik edəcək. Bu həm motivasiya, həm də oyun gücünə təsir edəcək. Portuqaliyanın oyunlarını izləmişəm. İsveç, Uels və Xorvatiya ilə oyunlarına baxmışam. Sürətli, texnikalı oyunçuları var və favoritlərdən sayılır. Ancaq biz də sabah meydana qələbə üçün çıxıb mübarizə aparacağıq. Qələbə üçün meydana çıxacağıq. Nə qədər alınıb-alınmayacağını sabah görəcəyik".


Qeyd edək ki, mayın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.(Report)


Digər xəbərlər

Xəbər xətti