Milli Paralimpiya Komitəsinin Üzgüçülük idman növü üzrə yığma komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 m məsafədə 1.08.31 s. nəticəylə gümüş medal qazanıb.
Sportarena.az xəbər verir ki, idmançılarımız Roman və Dmitri Saley ümumilikdə 2 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.