"Tottenhem" klubunun yarımmüdafiəçisi Mussa Dembele 10 oyunluq diskvalifikasiya edilə bilər.
Sportarena.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, buna futbolçunun "Çelsi" ilə matçda (2:2) Dieqo Kostaya qarşı etdiyi hərəkət səbəb ola bilər. Belə ki, sözügedən matçda ilk hissənin sonlarında Dembele Dieqo Kostanın gözünə zərbə endirmişdi. Lakin bu hərəkət matçı idarə edən hakimlərin gözündən yayınmışdı.
İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi matçdan sonra sözügedən epizodu təhlil edib və qeyri-idman hərəkəti kimi dəyərləndirib.
Bu səbəbdən futbolçuya 10 oyunluq cəza veriləcəyi gözlənilir.