"Qəbələ" klubu UEFA Gənclər Liqasında mübarizə aparacaq - VİDEO

14:54 4 May 2016

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından klubumuza mövsümdə 4-cü çempionluğu qazandırıb.


U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının “Çempionlar yolu”nda çıxış etmək hüququ qazanır. 


Digər xəbərlər

Xəbər xətti