"Bəxtimiz gətirdi" - Vəli Qasımov

21:27 4 May 2016

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qəbələ"ni penaltilər seriyasında üstələyən "Neftçi" adını finala yazdırıb.


Sportarena.az xəbər verir ki, qarşılaşmadan sonra bakılıların baş məşqçisi Vəli Qasımov oyunla bağlı fikirlərini səsləndirib.


O, bəxtlərinin gətirdiyini qeyd edib: "Azarkeşlərə təşəkkür edirəm. Bizə dəstək oldular. Çətin də olsa, istəyimizə nail olduq. Bəxtimiz gətirdi. Final isə bir oyundan ibarətdi. Nəyimiz var ortaya qoyacağıq. Çalışacağıq gözəl futbol nümayiş etdirək. Hamı bilir ki, "Qarabağ" güclüdü. Düzü, penaltilər seriyası haqda düşünməmişdik. Buna elə də hazırlaşmamışdıq. Sadəcə, məşqdə bir dəfə buna ehtiyac duymuşduq. "Qəbələ"nin futbolçularının səviyyəsi daha yüksəkdi. Bizim futbolçuların çoxu isə cavandı. Onlara da inanıram. Biz "Qəbələ"ni analiz etmişdik. Çətin olacağını bilirdik".(Qafqazinfo.az)


Digər xəbərlər

Xəbər xətti