"Prezident kuboku" uğrunda beynəlxalq turnir keçiriləcək

23:52 4 May 2016

Mayın 5-7 tarıxlərində Su İdmanı Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş su polosu üzrə "Prezident kuboku" üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək. Bu barədə məlumatı Azərbaycan Su İdmanı Növləri Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə bu turnirdə Azərbaycan vaterpolçuları ilə yanaşı Moldova, Rumıniya və İsveçrə komandaları da iştirak edəcəklər. Federasiya rəsmisi onu da əlavə edib ki, bu turnir çərçivəsində su polosu üzrə U-19 Avropa çempionatının seçmə turniri keçiriləcək.
"Bu çox mötəbər yarış hesab olunur. Azərbaycanda ilk dəfə olaraq su polosu üzrə Avropa çempionatının seçmə mərhələsi keçiriləcək. Bu turnirdə birinci və ikinci yerə sahib olan komandalar üzrə U-19 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. Azərbaycan millisi bütün var qüvvəsi ilə iki yerdən birini tutmağa çalışacaq. Əgər buna nail ola bilsək Azərbaycanın Su polosu tarixində böyük bir nailiyyət hesab olunacaq"  deyə Məqsəd Rəhimov əlavə edib.
Məlumat üçün bildirək ki, ilk qarşılaşma sabah Su İdmanı Sarayında Bakı vaxtı ilə saat 19:00 İsveçrə-Rumıniya milliləri arasında keçiriləcək. Azərbaycan vaterpolçuları isə saat 20:30-da Moldova yığması ilə qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti