Çempionlar Liqasının finalına yüksələn "Real" klubu "Arsenal"ın rekordunu təkrarlayıb.
Sportarena.az xəbər verir ki, İspaniya klubu buna "Mançester Siti" ilə yarımfinalın cavab görüşündə nail olub.
Öz meydanında rəqibinə 1:0 hesabı ilə qalib gələn "kral klubu" bu dəfə də qapısının toxunulmazlığını qoruyub. Bununla da, cari mövsüm turnirdə qol buraxmadığı oyunların sayını 10-a yüksəldən "Real" "Arsenal"ın rekordunu təkrarlayıb.
Qeyd edək ki, "Arsenal" 2005/2006 mövsümündə Çempionlar Liqasının 10 oyununda qapısından top buraxmamışdı.