Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, bu gün keçiriləcək iki qarşılaşmadan sonra finalçıların adına aydınlıq gələcək.
Səfərdə "Vilyareal"a məğlub olan İngiltərənin "Liverpul" klubu bu gün doğma meydanda mübarizə aparacaq. Növbəti mərhələyə yüksəlmək üçün ən azı iki top vurmalı olan Yurgen Kloppun komandasını bu gün çətin sınaq gözləyir.
Növbəti matç isə İspaniyada gerçəkləşəcək. Burada "Şaxtyor" "Sevilya"nın qonağı olacaq. İlk oyunda rəqibi ilə 2:2 hesablı bərabərə qalan "Sevilya" klubu bu gün doğma meydanda qələbə qazanmağa çalışacaq.
5 may
Avropa Liqası, yarımfinalın cavab oyunları
23:05. "Sevilya" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) 3:1
İlk oyun - 2:2
23:05. "Liverpul" (İngiltərə) - "Vilyarreal" (İspaniya) 3:0
İlk oyun - 0:1