Bu gün Bakıda 17 yaşlılar arasında Avropa çempionatı start götürəcək.
Sportarena.az xəbər verir ki, ilk dəfə 2002-ci ildə keçirilən bu turnir Avropa klublarının da diqqət mərkəzində olur.
2002-ci ildən keçirilən bu mötəbər turnir dünya futboluna bir çox ulduz futbolçular bəxş edib.
İndiyədək keçirilmiş U-17 Avropa çempionatında ulduzu parlayan ən məşhur 10 futbolçunu təqdim edirik:
2012-ci il Sloveniya: Maks Mayer (Almaniya)
2011-ci il Serbiya: Memfis Depay (Hollandiya)
2010-cu il, Lixteşteyn: Pol Poqba (Fransa)
2009-cu il, Almaniya: Mario Götze (Almaniya)
2008-ci il, Türkiyə: Tyaqo Alkantara (İspaniya)
2007-ci il, Belçika: Eden Azar (Belçika)
2006-cı il, Lüksemburq: Toni Kroos (Almaniya)
2005-ci il, İtaliya: Nuri Şahin (Türkiyə)
2004-cü il, Fransa: Sesk Fabreqas (İspaniya)
2002-ci il, Danimarka: Ueyn Runi (İngiltərə)