Azərbaycan kubokunun 2015/16 mövsümünün yarımfinal mərhələsinin cavab oyunları həlledici qarşılaşmanın iştirakçılarını müəyyənləşdirib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mayın 25-də baş tutacaq finalda “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Sonuncular “Qəbələ”ni hər iki oyunu 1:1 hesabı ilə başa çatan duelin penaltilər seriyasında məğlub edib – 4:3. Ağdam klubu isə “İnter”i hər iki matçda üstələyib – 4:0, 1:0.
Bununla da Azərbaycan kubokunda ilk dəfə ardıcıl 2 il eyni klublar finalda çıxış edəcək. 2014/15 mövsümünün həlledici qarşılaşmasında “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci “Qızıl dubl”unu rəsmiləşdirmək, “Neftçi” növbəti titulunu əldə etməyə çalışacaq. Bunadək yarışın 24 illik tarixində heç vaxt eyni cüt iki dəfə ardıcıl kubok mübarizəsinə çıxmamışdı.
Bu iki komanda 1995/96 mövsümündə də finalda üz-üzə gəlib. “Neftçi”nin 3:0 hesabı ilə qalib gəldiyi həmin matçı da nəzərə alsaq, rəqiblər 3-cü dəfə finalda qarşılaşacaq. Belə hal da ilk dəfə qeydə alınacaq. Çünki indiyədək Azərbaycan kubokunda heç bir cüt finalda 3 dəfə üz-üzə gəlməyib. Hərəyə 1 dəfə qalib gələn “Qarabağ”la “Neftçi” kimi “Kəpəz” – “Qarabağ” (1997/98, 1999/2000), “Neftçi” – “Şəmkir” (1998/99, 2003/04) və “Xəzər Lənkəran” – “İnter” (2007/08, 2010/11) cütləri də 2 dəfə qarşılaşıb. Amma sonuncu 3 cütün hər birində eyni komanda – adı birinci göstərilən hər iki finalda rəqibindən güclü olub.
Daha bir ilkə “Neftçi” imza atıb. Son 4 mövsümdə 2 kubok qazanıb, 2 dəfə finalda məğlub olan “ağ-qaralar” ardıcıl 5-cu dəfə yarımfinalı uğurla adlayıb. “Neftçi”dən başqa yalnız 3 komanda ən azı 2 dəfə ardıcıl final oynamışdı ki, “Kəpəz”, “İnter” və “Xəzər Lənkəran”dan heç biri seriyasını 3-ə çatdıra bilməmişdi. “Qarabağ” da ardıcıl 2-ci dəfə bunu reallaşdıraraq 3 komandaya çatıb.
Ümumilikdə isə ən çox final oynayan “Neftçi” 10-cu dəfə bu hüququ qazanıb. Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 8-ci dəfə həlledici matçda oynayacaq. Kubok sayında bakılılar 6, ağdamlılar 4 mükafata yiyələnib.
mövsüm |
qalib |
finalçı |
hesab |
1992 |
“İnşaatçı” (Bakı) |
“Kür” (Mingəçevir) |
2:1, əlavə vaxtda |
1993 |
“Qarabağ” (Ağdam) |
“İnşaatçı” (Sabirabad) |
1:0, əlavə vaxtda |
1993/94 |
“Kəpəz” (Gəncə) |
“Xəzər” (Lənkəran) |
2:0 |
1994/95 |
“Neftçi” (Bakı) |
“Kür” (Mingəçevir) |
1:0 |
1995/96 |
“Neftçi” (Bakı) |
“Qarabağ” (Ağdam) |
3:0 |
1996/97 |
“Kəpəz” (Gəncə) |
“Xəzri” (Bakı) |
1:0 |
1997/98 |
“Kəpəz” (Gəncə) |
“Qarabağ” (Ağdam) |
2:0 |
1998/99 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
0:0, pen. 5:3 |
1999/2000 |
“Kəpəz” (Gəncə) |
“Qarabağ” (Ağdam) |
2:1 |
2000/01 |
“Şəfa” (Bakı) |
“Neftçi” (Bakı) |
2:1 |
2001/02 |
yarımçıq qalıb |
||
2002/03 |
Keçirilməyib |
||
2003/04 |
“Neftçi” (Bakı) |
“Şəmkir” |
1:0, əlavə vaxtda |
2004/05 |
“Bakı” |
“İnter” (Bakı) |
2:1, əlavə vaxtda |
2005/06 |
“Qarabağ” (Ağdam) |
“Karvan” (Yevlax) |
2:1 |
2006/07 |
“Xəzər Lənkəran” |
“MKT-Araz” (İmişli) |
1:0 |
2007/08 |
“Xəzər Lənkəran” |
“İnter” (Bakı) |
2:0, əlavə vaxtda |
2008/09 |
"Qarabağ" (Ağdam) |
"İnter" Bakı |
1:0 |
2009/10 |
“Bakı” |
“Xəzər Lənkəran” |
2:1, əlavə vaxtda |
2010/11 |
“Xəzər Lənkəran” |
“İnter” (Bakı) |
1:1, pen 4:2 |
2011/12 |
“Bakı” |
“Neftçi” (Bakı) |
2:0 |
2012/13 |
“Neftçi” (Bakı) |
“Xəzər Lənkəran” |
0:0, pen 5:3 |
2013/14 |
“Neftçi” (Bakı) |
"Qəbələ" |
1:1, pen.2:3 |
2014/15 |
"Qarabağ" Ağdam |
“Neftçi” (Bakı) |
3:1 |