Bu gün Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib.
Sportarena.az xəbər verir ki, turnirin açılış matçında B qrupunda mübarizə aparan Avstriya millisi Bosniya və Herseqovina ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda keçirilən matç Avstriya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Avstriya millisinin hər iki qolunu 16 yaşlı yarımmüdafiəçi Kristof Baumqartner vurub.
Qeyd edək ki, qrupun digər matçı Almaniya millisi ilə Ukrayna yığması arasında baş tutacaq. 8-ci km qəsəbə stadionunda keçiriləcək matç saat 17:00-da start götürəcək.
5 may
Avropa çempionatı, B qrupunun I turu
Avstriya – Bosniya və Herseqovina - 2:0
Qollar: Kristof Baumqartner, 18 (1:0), 36 (2:0)