Xəbər verdiyimiz kimi, bu gün Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib.
Sportarena.az xəbər verir ki, turnirin açılış matçında B qrupunda mübarizə aparan Avstriya millisi Bosniya və Herseqovina ilə qarşılaşıb - 2:0.
Qrupun növbəti matçında isə Ukrayna millisi Almaniya ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb.
17:00. Ukrayna – Almaniya - 2:2
Qollar: Denis Yanakov, 33 (1:0), Yari Otto, 37 (1:1), Sergey Buletsa, 67 (2:1), Frankis Şirek, 74 (2:2)