Portuqaliyanın baş məşqçisi: "Azərbaycan millisində hansı sistemdən istifadə olunduğunu bilmirəm"

23:25 5 May 2016

Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin ilk oyununda Azərbaycanı 5:0 hesabıyla məğlub edən Portuqaliyanın baş məçqçisi Elio Souza matçdan sonra oyunla bağlı fikirlərini bildirib:
"Bu oyunu bizim üçün Şotlandiya ilə qarşılaşma öncəsi asan məşq hesab etmirəm. Asan oyun olduğunu deməzdim. Biz oyuna yaxşı hazırlaşmışdıq. Bizim bəxtimiz gətirdi ki, erkən qollar vurduq. Bu, matçın gedişində bizə kömək etdi. Rəqiblərimizə hörmət etdirik. Tam fərqli atmosferə düşmüşdük. Bu qədər azarkeş heç vaxt bizim oyunumuzda olmamışdı. Azərbaycan yığmasının baş məşqçisinə hansısa məsləhət vermək fikrim yoxdur. Bizim öz inkişaf strukturumuz var. Sizin yığmada isə hansı sistemdən istifadə olunduğunu bilmirəm".


Digər xəbərlər

Xəbər xətti