"Lester"in sahibi Vişay Şrivaddanaprabxa hər bir futbolçuya "Mercedes B-class" hədiyyə edib.
Sportarena.az xəbər verir ki, bu barədə Daily Mail məlumat verib.
Gözlənilməz şəkildə çempion olan "Lester" 190 milyon avro qazanc əldə edib. Ümumilikdə komanda üzvlərinə 8,2 milyon avro bonus veriləcək. Lakin klub sahibi bunu az bilərək dəyəri 40 min avro olan maşınları da əlavə edib.