Millimiz beynəlxalq turniri 3 qələbə, 2 məğlubiyyətlə başa vurdu

14:08 6 May 2016

Qırğızıstanın paytaxtı Bişkekdə "Qələbə Kuboku 2016" beynəlxalq basketbol turniri keçirilib.

 

Sportarena.az xəbər verir ki, bu yarışda iştirak edən U-16 milli yığmamız üç qələbə və iki məğlubiyyətlə turniri başa vurub.


Ümumiyyətlə Samit Nuruzadənin yetirmələri turnir boyu əzmkar oyun sərgiləyərək yadda qalıblar. Belə ki, may ayının 5-də keçirilən son qarşılaşmada onların turnirin qalibi BK "Kaspiy" (Aktau) komandasını 16 xal fərqi ilə 78:61 (29-7; 16-14; 10-24; 23-16) məğlub etməsi gənc basketbolçularımızın daha yüksək zirvələri fəth etməyə qadir olduğlarını bir daha sübut etdi.


Digər xəbərlər

Xəbər xətti