Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub etdi - VİDEO

14:13 6 May 2016

Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.


Sportarena.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.  

66 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gəlib. 19 saniyə davam edən görüş güləşçimizin qələbəsi ilə başa çatıb.

66 kq 
1/16 final - Dominik Etlinger (CRO) - Rəsul Çunayev 0:4 tuşe (19 saniyə)


Digər xəbərlər

Xəbər xətti