Türkiyə millisinin baş məşqçisi Fatih Terim “Qalatasaray”ın baş məşqçilik təklifini rədd edib.
Sportarena.az xəbər verir ki, klub prezidenti Dursun Özbəklə görüşən F.Terim Türkiyə millisi ilə “Avro 2016”ya hazırlaşdığını əsas gətirərək təklif mədəni şəkildə rədd edib.
Terimdən rədd cavabı alan klub prezidenti əcnəbi baş məşqçilərlə masaya oturmağa hazırlaşır.
Qeyd edək ki, klubun baş məşqçilik postuna namizədlər arasında Lucien Favre və Mirça Luçeskunun da adı hallanır.