Almaniya millisində çıxış edən türk əsilli futbolçu İlkay Gündoğan "Avro-2016"nı buraxa bilər.
Sportarena.az xəbər verir ki, buna səbəf 25 yaşlı yarımmüdafiəçinin diz zədələnməsidir.
Futbolçunun zədəsinin bərpası üçün 2 ay vaxt lazımdır. Buna görə, İ.Gündoğanın "Avro-2016"da iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, 2011-ci ildən Almaniya millisində çıxış edən futbolçu 16 matçda 4 qol vurub.