Futbol üzrə Azərbaycan çempionatının I divizionunda bu gün keçirilməli olan "Şahdağ" - "Şərurspor" matçı baş tutmayıb.
Sportarena.az xəbər verir ki, buna səbəb Qusar təmsilçisinin meydana çıxmaqdan imtina etməsi olub.
Əldə etdiyimiz məlumata görə, meydan sahibləri uzun müddətdi maaş üzünə həsrət qaldıqları üçün etiraz etmək qərarına gəliblər. Məvaciblərini almayan futbolçular "Şərursopr"la oynamaqdan imtina edib. "Şahdağ"a texniki məğlubiyyətin veriləcəyi istisna deyil.
Qeyd edək ki, "Şahdağ" hazırda 30 xalla 9-cu pillədə qərarlaşıb.(Sport7.az)