Futbol üzrə Azərbaycan I Divizionunda 25-ci turun oyunları keçirilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, səfərdə “Mil-Muğan”ı məğlub edən “Neftçala” klubu I Divizionun 2015/2016-cı illər mövsümünün qalibi adını qazandı. Gümüş mükafatın sahibi “Qaradağ Lökbatan”dır. I Divizionda bürünc medalın sahibi isə son turda müəyyənləşəcək.
“Bakı” 3-0 “Bakılı”
(Salman Altuxanov, 3; Valeh Seyidov, 26 (p.); Habil Nurəhmədov, 51)
“Zaqatala” 5-2 “Turan Tovuz”
(Elnur Soltanlı, 12; Elvin Nəsibov, 24; Elmir Sulxayev, 37; Oruc Balaşlı, 46; Arzuman Nəsibov, 50 // Vüsal Qarayev, 53; İlkin Rzayev, 83)
“Energetik” 1-2 “Göyəzən”
(Tural Məmmədov, 88 (p.) // Anar Hümbətov, 52; Nəriman Hüseynov, 60)
“Ağsu” 3-2 “Qaradağ Lökbatan”
(Malik Babayev, 25; Elnur Səmədov, 50; Qalib Əmrahov, 90 // Sabir Allahquliyev, 35; Raul Yaqubzadə, 38)
“Mil-Muğan” 0– 1“Neftçala”
(David Janelidze, 62 (p.)
“Şəmkir” 1-2 MOİK
(Orxan Məmmədov, 4 // Röyal Nəcəfov, 20 (p.); Orxan Həsənov, 65)
“Şahdağ” – “Şərurspor”
(Baş tutmayan oyunla bağlı qərarı İntizam Komitəsi verəcək)