Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik Yubileyi münasibəti ilə stend atıcılığının kompak sporting idman növü üzrə turnir keçirilib.
Sportarena.az xəbər verir ki, turnirdə 5 nəfər qadın olmaqla ümumilikdə 21 nəfər paralimpiyaçı iştirak edib.
Yarışın nəticələrinə görə kişilər arasında Məmmədov Elşad birinci, Həsənquliyev Amid ikinci, Nəbiyev Əli isə üçüncü yerə laiq görülüb.
Qadınlardan isə Səfərova Solmaz birinci, Kərimova Vüsalə ikinci və Şıxıyeva Bahar isə üçüncü yerin qalibi olub. Qaliblərə kubok, diplom və medalları Milli Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Natiq Qasımov, ARMPK-nin baş katibi Afiq Suleymanov və Atıcılıq Federasiyasının vitse prezidenti Rasim Rzayev təqdim edib. Turnir Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilib.
Qeyd edək ki, stend atıcılğı idman növü 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına daxil edilib. Bunu nəzərə alaraq 2017-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində Stent atıcılığı idman növünün yaradılması planlaşdırılır.