İtaliya yığması ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, İtaliya yığmasının və PSJ-nin yarımmüdafiəçisi Marko Veratti "Avro-2016"da iştirak etməyəcək.
Buna səbəb zədəli futbolçunun tibbi müayinə zamanı cərrahiyyə əməliyyatına ehtiyacı olduğu aşkarlanıb.
Mayın 16-da əməliyyat olunacağı gözlənilən futbolçunun 2 ay bərpa müddətinə ehtiyacı olduğu bildirilib.
Qeyd edək ki, Verratti zədəsini yenicə sağaltan futbolçu ki, ötən həftə məşq zamanı yenidən xəsarət alaraq zədələnmişdi.