Bakıda cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turniri davam edir.
Sportarena.az xəbər verir ki, turnirin ikinci günündə 9 Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq.
Millimiz heyətində Rüstəm Orucov Nuno Saraiva (Portuqaliya)-Toxar Butbul (İsrail) cütünün qalibi ilə, Vüqar Bayramov Nikolas Delpopolo (ABŞ)-Qeorqis Azoidis (Yunanıstan) görüşünün qalibi ilə, İsmayıl Piriyev gürcüstanlı Pridon Qiqani, Fəqan Quluzadə (hamısı 73 kq) isə Sergey Drebot (Ukrayna)-Kioşi Uemaçu (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Turnirdə 81 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımızın da rəqibləri müəyyənləşib. Belə ki, Əbdülhaqq Rəsullu türkiyəli Emirhan Yüsel, Rüstəm Alimli Latviya təmsilçisi Konstantins Ovçinnikovs, Ziya Namazov İran idmançısı Sayed Mollay, Elvin Əhmədli isə İvan Morales (Kuba)-Valeriu Duminiça (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.
Cüdoçumuz Gülsədəf Kərimova (63 kq) isə Hollandiya təmsilçisi Anike Van Emdeni məğlub etməyə çalışacaq.
Qeyd edək ki, turnirin ilk günündə millimizin üzvü Tərlan Kərimov (66 kq) bürünc medal qazanmışdı.(AZƏRTAC)