"Böyük dəbilqə" turnirində növbəti medal

18:25 7 May 2016

Mayın 6-da Heydər Əliyev adına İdman Sarayında startı verilmiş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 9 üzvü tatami üzərinə çıxıb. Onlardan 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov mükafatçılar arasında yer almağa müvəffəq olub.

Yarışa ikinci mərhələdən başlayan cüdoçumuz İsrail təmsilçisi Tohar Bertbul və kubalı Maqdiel Estrada üzərində qələbə qazanaraq dörddəbir finala yüksəlib. Bu mərhələdə ukraynalı rəqibi Dmitro Kanivetsə məğlub olan Orucov təsəlliverici görüşə qatılıb. Həmin qarşılaşmada Yunanıstan idmançısı Georgios Azoidisə qalib gələn cüdoçumuz üçüncü yer uğrunda mübarizədə macarıstanlı Mikloş Unqvari ilə üz-üzə gəlib. Rüstəm Orucov bu görüşdən də qalib ayrılıb və “Böyük Dəbilqə” turnirinin bürünc medalına layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günü milli komandamızın digər üzvü Tərlan Kərimov (66 kq) da bürünc medal qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti