“Tour d`Azerbaijan-2016”da IV mərhələyə start verilib.
Sportarena.az xəbər verir ki, kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan yarışda iştirakçılar saat 10:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürüblər. Yarış iştirakçıları 115,3 km məsafə qət etdikdən sonra Pirquluda yerləşən Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.
Mərhələnin qalibi "Nasr-Dubai" klubunun üzvü Luka Vakermann olub. 2-ci yerə Nikita Sitlanov (“Astana”), 3-cü yerə isə Rinaldo Nosentini (“Sportinq”) çıxıb.
4 mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli "Synergy Group" köynəyini Marcus Eybeger ( "Felbemayr", Avstriya) ələ keçirib.Luka Vakermann (Dubai Nəsr) "yaşıl köynəy" ən yaxşı sprinterə, "qırmızı köynək" (dağ mərhələsinin qalibi) Nikita Stalnova ("Astana şəhər", Qazaxıstan ),yiyələnib. Rusiyanın pro-kontinental "Gazprom-Rusvelo" komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "Ataholding" köynəyini özündə saxlayıb.