Beş mərhələdən ibarət “Tour d'Azerbaidjan-2016” beynəlxalq velosiped turu mayın 8-də başa çatıb.
Sportarena.az xəbər verir ki, beşinci - sonuncu mərhələdə iştirakçılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 km məsafə qət etməkdə yarışıblar. Bu mərhələnin qalibi Almaniyanın "Bora-Argon 18" peşəkar kontinental komandasının üzvü Mixael Şvarcmann olub.
Xatırladaq ki, mayın 4-də Azərbaycan paytaxtının Bayraq meydanından start götürən turda 19 ölkədən 21 komanda iştirak edib. Onlardan 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır.