İbrahimoviç rekordun bir addımlığında

15:06 8 May 2016

PSJ klubunun  futbolçusu Zlatan İbrahimoviç dünən "Ayaçço" ilə matçda (0:4) növbəti dəfə fərqlənməyi bacarıb.

 

Sportarena.az xəbər verir ki, isveçli futbolçu matçın 90-cı dəqiqəsindi fərqlənərək, cari mövsümdə Fransa çempionatında vurduğu qolların sayını 35-ə çatdırıb. Bu göstərici ilə o, Fransa çempionatı tarixində bir mövsüm ərzində ən çox qol vuran futbolçu Qunnar Andersona çatıb. Q.Anderson 1952/53-cü il mövsümündə "Marsel"in heyətində 35 qol vuraraq rekord müəyyənləşdirmişdi.


Lakin, 34 yaşlı İbrahiimoviçin bu rekordu yeniləməsi üçün hələ də şansı var. Belə ki, İsveçli futbolçunun komandası çempionatın son iki turunda "Bordo" və "Nant" ilə qarşılaşacaq. Bu qarşılaşmalarda İbrahimoviç ən azı 1 dəfə fərqlənə bilərsə yeni rekordu müəyyənləşdirəcək.


Qeyd edək ki, "Ayaçço" ilə matçda digər qolları Edinson Kavani vurub.


Digər xəbərlər

Xəbər xətti