Milli komandamızın qolkiperi nokaut oldu - FOTO

21:26 8 May 2016

17 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Məmməd Hüseynov AÇ-2016-nın final mərhələsi çərçivəsində Belçikaya qarşı keçirilən oyunun 62-ci dəqiqəsində ağır zədə alıb. 

Sportarena.az xəbər verir ki, qolkiper matçın gedişatında hava mübarizəsi zamanı rəqib futbolçu ilə toqquşub. Toqquşma zamanı başından ağır zərbə alan qolkiperimiz huşunu itirirərək, yerə yıxılıb.

Xoşbəxtlikdən həkimlər onun həyatını xilas edə biliblər. Buna baxmayaraq futbolçunu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar.


Qeyd edək ki, Məmməd Hüseynovun yerinə meydana  Kamran İbrahimov çıxıb.


Digər xəbərlər

Xəbər xətti