"Bavariya"nın 19 yaşlı futbolçusundan maraqlı göstərici

22:04 8 May 2016

"Bavariya"nın futbolçusu Kinqsli Koman maraqlı göstərici ilə gündəmə gəlib.


Sportarena.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi dünən Münxen "Bavariya"sının heyətində Almaniya çempionu adını qazanıb.
 

Belə ki, fransız xavbek ardıcıl 4-cü dəfədir ki, ölkə çempionu olur. O, bu çempionluğu 3 müxtəlif komandanın tərkibində və 3 fərqli liqada edib.
 

Futbolçu PSJ-nin heyətində 2012/13 və 2013/14 mövsümündə Liqa 1-də, 2014/15 mövsümündə "Yuventus"un heyətində Seriya A-da, bu dəfə isə "Bavariya" ilə Almaniya Bundesliqasında ölkə çempionu adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti