"Qalatasaray" "qartallar"ın qarşısını ala bilmədi: "Beşiktaş" çempionluğa doğru

23:27 8 May 2016

Bu gün Türkiyə Super liqasında XXXII turun növbəti oyunları oyunları keçirilib.


Sportarena.az xəbər verir ki, turun mərkəzi matçında "Qalatasaray" doğma meydanda "Beşiktaş" klubunu qəbul edib. Çempionluq uğrunda gərgin mübarizə aparan "Beşiktaş" klubu "Qalatasaray"ı 0:1 hesabı ilə məğlub edib.


"Beşiktaş"ın yeganə qolunu oyunun 76-cı dəqiqəsində almaniyalı hücumçu Mario Qomez vurub.


Qeyd edək ki, bu qələbə ilə xal sayını 76-a yüksəldən "Beşiktaş" klubu turnir cədvəlində liderdir. Onun ən yaxın izləyicisi olan "Fənərbaxça" klubu isə 70 xalla 2-ci pillədə qərarlaşıb. 


Xatırladaq ki, "Fənərbaxça" sabah səfərdə "Başakşəhər" klubunun qonağı olacaq.


Digər xəbərlər

Xəbər xətti