"Friburqense" klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.
Sportarena.az xəbər verir ki, oyundan sonra 26 yaşlı futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, iki gün öncə Rumıniyanın "Dinamo" klubunun futbolçusu Partik Ekenqin ölkə birinciliyində "Vitorul"la matçda ürəyi dayanaraq ölüb.