İki gün öncə stadionda oyun zamanı ölən futbolçunun son sözləri bəlli olub. Rumıniya yığmasında oynayan 26 yaşlı kamerunlu futbolçunun ölümündən əvvəl söylədiyi sözlər qalmaqal yaradıb.
Sportarena.az xəbər verir ki, futbolçu meydana çıxmaq üçün özünü yaxşı hiss etmədiyini komanda yoldaşına söyləyib. Lakin heç kim vəziyyətin ciddiliyi və sonunda onun ölümünə gətirib çıxaracağının təsəvvür etməyib.
“Bu gün oyanayacaq vəziyyətdə deyiləm. Özümü çox yorğun hiss edirəm”,- deyə 26 yaşlı futbolçu onu ölümə aparan matça çıxmazdan qabaq ən yaxın dostuna söyləyib.
Rumıniya 1 futbol liqasında "Dinamo" Buxarest FK ilə "Viitorul" komandaları arasında baş tutun matç zamanı futbolçu Patrik Ekenq dünyasını dəyişib.
O, meydana girəndən 7 dəqiqə sonra huşunu itirib. Klubun həkimləri dərhal meydana daxil olublar. Məlum olub ki, Patrik Ekenqin ürəyi dayanıb.