PSJ-nin hücumçusu Zlatan İbrahimoviç sabiq komandası "Milan" haqda danışıb.
Sportarena.az xəbər verir ki, isveçli forvard "Milan"dan öz istəyi ilə ayrılmadığını bildirib:
"Milan"dan öz istəyimlə ayrılmadım. Oradan getmək istəmirdim. Bu komandanı çox sevirəm və düşünürəm ki, "Milan" oynadığım ən yaxşı klubdur. Ancaq bu artıq geridə qaldı. İndi gələcəyə baxmalıyam. PSJ-dən ayrılacağıma gəlincə bu, təkcə məndən asılı olmayacaq".