Millimiz Buxarestdə üç qızıl medal qazanıb

18:50 9 May 2016

İdmanın muay-tay növünün WTKA versiyası üzrə Buxarestdə keçirilən Avropa çempionatında Azərbaycan milli komandası üç qızıl medal qazanıb.

Çempionatda beş idmançı ilə təmsil olunan yığmamızı gənclərin yarışında təmsil edən Mirfaiq Qəniyev (51 kq) qızıl medala layiq görülüb.

Böyüklərin yarışında isə Adil Məmmədzadə (67 kq) və Əbdürrəhman Abdullayev (54 kq) qızıl medallara sahib olublar.(azərtac)


Digər xəbərlər

Xəbər xətti