Futbolun canlı əfsanəsi braziliyalı Ronaldo “Mançester Yunayted” klubunun gənc istedadlı futbolçusu Markus Reşfordu tərifləyib. Ronaldo Markusu özü ilə bir tutub. Fenomen ləqəbli Ueyn Runi və İngiltərə millisi haqqında fikirlərini də bölüşüb.
"Reşford cəsur futbolçudur, sürətlidir və topla yaxşı davrana bilir. Hücumçular qol vurmaq üçün alışıb yanmalıdır. Bunu Markusda görürəm. Onun parlaq gələcəyi var. Onda müəyyən qədər özümü görürəm".
Ronaldo Şrek ləqəbli futbolçunun İngiltərə yığmasının rəmzi olduğunu deyib: "Runi gözəl insandır. Onu çoxdan tanıyıram. Ueyn İngiltərənin simvoludur. Onun Avropa çempionatında oynayacağına əminəm.
Milli komandada hələ də parlaq çıxış göstərə bilər. Təsnifat mərhələsini asanlıqla keçdilər. İngiltərədə futbolu çox sevirlər, azarkeşlər komandalarının çempion olduğunu görməyə layiqdir".