17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatı davam edir.
Sportarena.az xəbər verir ki, A qrupunda mübarizə aparan milli komandamız son oyununda Şotlandiya ilə qarşılaşacaq.
Sabah baş tutacaq qarşılaşmanın baş hakimi Svein-Erik Edvartsen (Norveç) olacaq. Ona bu işdə Marios Dimitriadis (Kipr), Georgi Todorov (Bolqarıstan) köməklik edəcək. Dördüncü hakim funksiyasını Sergeyus Sluva (Litva) yerinə yetirəcək.