Azərbaycan I divizion təmsilçisi “Şahdağ” klubuna texniki məğlubiyyət verilib.
Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın XXV turda “Şərurspor”la matça çıxmaması səbəb olub.
Bu səbəbdən "Şahdağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib və klub 500 manat cəribə olunub.