AFFA birinci divizion klublarını cəzalandırdı

13:15 10 May 2016

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, iclasda I divizionun XXV turunda keçirilmiş matlarda baş vermiş qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.


I Divizionun XXV turunun “Energetik” – “Göyəzən” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.


I Divizionun XXV turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 19 №-li futbolçusu Rüfət Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


I Divizionun XXV turunun “Şəmkir” – MOİK matçının 18-ci dəqiqəsində “Şəmkir” klubunun 5 №-li futbolçusu Elmin Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti